İTV-dən qrupun son oyunları ilə bağlı açıqlama

Qətərdə keçirilən futbol üzrə dünya çempionatın qrup mərhələsinin son turunun 8 oyunu “CBC Sport”da yayımlanacaq.

Bu barədə Newsport.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirilib.

“Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün “CBC Sport” telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu “CBC Sport” telekanalında yayımlanacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right