Azərbaycanlı futbolçuların komandası kubokla vidalaşdı

Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matça çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb və böyük hesabla uduzub – 1:4.

Sadıqov bu matça start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev isə bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.

“Ximki” qrup mərhələsini 2 xalla sonuncu pillədə tamamlayıb və kubokla vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right