“Messi hər şeyi asanlaşdırır” Argentina millisinin qapıçısı

Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-nin ikinci turunun Meksika yığması ilə oyunu (2:0) haqda danışıb.

Newsport.az-ın məlumatına görə, o, son günlər komandanın çətin günlər keçirdiyini deyib:

“Uduzsaq, turnirdən kənarlaşdırılacağımızı bilirdik. Çox çətin oyun oldu, amma Lionel Messi hər şeyi asanlaşdırır. Biz heç vaxt təslim olmuruq. Lakin son günlər komanda üçün ağır keçdi. Bu gün biz daha çox şeyə qadir olduğumuzu göstərdik”.

Argentina millisi DÇ-2022-də növbəti oyununu Polşaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right