Türkiyədə azarkeş qapıçını vurdu, oyun yarımçıq dayandırıldı

"Göztepe" və "Altay" komandaları arasında keçirilən Türkiyə 1-ci Liqasının XV tur oyunu yarımçıq dayandırılıb.

Newsport.az-ın məlumatına görə, buna stadionda baş verən hadisələr səbəb olub.

Qarşılaşmada meydana girən azarkeş "Altay"ın qapıçısı Ozan Evrim Özençi əlindəki çubuqla vurub. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb.

Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki tərəfdar ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right