Dünya çempionatında son 28 ilin yeni rekordu

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində ötən gecə keçirilmiş Argentina – Meksika matçını 88 966 azarkeş izləyib.

Newsport.az-ın məlumatına görə, bu, son 28 ilin rekordu kimi tarixə düşüb.

Belə ki, bundan öncə ən çox azarkeş toplamış matç 1994-cü ildə keçirilmiş dünya çempionatının finalı olub. Həmin vaxt Braziliya və İtaliya yığmaları arasında baş tutmuş həlledici oyunu 94 194 azarkeş izləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right