İngiltərə klubunun azərbaycanlı futbolçusu: "Qarabağ"da oynamaq istəyərəm"

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasında oynamış Sərhat Taşdemir Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görəhazırda İngiltərə aşağı liqasında yarışan "Bakston"da oynayan yarımmüdafiəçi Azərbaycanın əsas millisində oynamaq istədiyini bildirib:

"İngiltərədə işlərimin daha yaxşı olmasına çalışıram. Azərbaycan millisində oynamaq istəyərdim. Təbii ki, bunlar gələcəyin işidir. Necə olacağını zaman göstərəcək".

Taşdemir "Qarabağ"ın formasını geyinmək istədiyini də gizlətməyib: "Azərbaycanda da oynamaq imkanım yarana bilər. "Qarabağ"ın avrokuboklardakı çıxışını hər zaman izləyirəm. Bu komandada oynamaq istəyərəm".

"Blekbern" yetirməsi olan Serhat "Peterboro", "Oldham", "Barnet", "Fayld" klublarında oynayıb. O, 2019-cu ildə Azərbaycanın U-19 yığmasında üç matçda meydana çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right