"Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt klubu ilə yeni şərtlərlə müqavilə imzalaya bilər.
Newsport.az-ın məlumatına görə, futbolçunun agenti ilə klub rəsmiləri arasında danışıqlara start verilib.
Yeni müqaviləyə əsasən Mount “Çelsi”də həftəlik 200 min funt-sterlinq maaş qazanacaq.
23 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Çelsi”nin əsas komandasında çıxış edir. O, “Vitess” və “Derbi”də də icarə əsasında oynayıb.