Səudiyyə Ərəbistanı milli komandası DÇ-2022-nni qrup mərhələsinin ikinci turunda Polşaya 0:2 hesabı ilə məğlub olub.
Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssis qrupdan çıxmaq şanslarının davam etdiyini bildirib:
"Komandanın etdikləri ilə qürur duyuram. Möhtəşəm oynadıq. Əvvəllər kimsə belə futbol oynayacağımızı düşünmürdü. Hər şey etdik. Hələ ölməmişik, işimiz bitməyib. Meksikaya qarşı final matçımız var və əlimizdən gələnin ən yaxşısını edəcəyik. Son saniyəyə qədər mübarizə aparacağıq".