Məşhur futbolçu zədələndiyi üçün karyerasını bitirmək istəyib

DÇ-2022-nin qrup mərhələsinin Avstraliya ilə matçında zədələnən Lukas Hernandes karyerasını bitirmək istəyib.

Newsport.az-ın məlumatına görə, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Fransa millisinin 26 yaşlı sol cinah müdafiəçisini anası və yaxın dostları fikrindən yayındırıb.

"Bavariya"nın futbolçusu daha əvvəl də diz bağlarından və diz zadəsi yaşadığı üçün karyerasını bitirmək fikrinə düşüb. Lukas Hernandesin Münhen təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right