İngiltərə millisinin müdafiəçisi Kiran Tripyer DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun ABŞ-la matçı (0:0) barədə fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, o, qolsuz bərabərliyi ədalətli nəticə hesab edib:
“Hər iki komanda qalib gəlməyə çalışdı və şansları var idi. Ona görə də, heç-heçə ədalətli nəticədir. İndi bütün diqqətimizi Uelslə keçiriləcək matça yönəltməliyik”.
Tripyer qrupun son görüşünün çox vacib olduğunu deyib:
“Uelslə oyunun nə qədər vacib olacağını bilirik. Həmin görüşə qələbə əhval-ruhiyyəsi ilə çıxıb, üç xal qazanmağa çalışacağıq. Hər oyunda bunu etmək istəyirik”.