“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş Kilian Mbappeyə məsləhət verib.
Newsport.az-ın məlumatına görə, Alveşin fikrincə, Mbappe bəzi mətləbləri bilməlidir. Xüsusən də, PSJ-nin hücum xəttində yeganə ulduz olmadığını:
“Mbappe hələ də başa düşməyib ki, onunla hücumda oynayanlar özündən daha əfsanəvi futbolçulardır. Neymar və Lionel Messi unikaldır. Heç kimin bacarmadığını görürlər və edirlər.
Böyük oyunçu həmişə kiminlə oynadığını bilməli və anlamalıdır. Komanda yoldaşlarınız sizin oyununuzu yalnız təkmilləşdirir”.
Alveş “Barselona”da Messi və Neymarla birgə çıxış edib.