Qətərdə keçirilən dünya çempionatında bir azarkeş dünyasını dəyişib.
Newsport.az-ın məlumatına görə, 62 yaşlı uelsli azarkeş Kevin Devis vəfat edib. Ules hökuməti xəbəri təsdiqləyib. Həmin şəxsin hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, Uels millisi B qrupunda ABŞ, İngiltərə və İranla mübarizə aparır. Milli komandanı dəstəkləmək üçün 2500 azarkeş Qətərə gedib.