Ekvador millisinin üzvü Antonio Valensiya DÇ-2022-də növbəti qolunu vurub.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı hücumçu 2-ci turda Niderlandla matçın 49-cu dəqiqəsində fərqlənib. Bu. Valensiyanın DÇ-2022-dəki 3-cü qolu olub. O, hazırda turnirin ən yaxşı bombardiridir.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən Niderland - Ekvador görüşündə hesab 1:1-dir.