Neymar və Danilodan Braziliya millisinə pis xəbər

Braziliya milli komandasının heyətində ciddi itkilər baş verib.

Newsport.az-ın məlumatına görə, Neymar və Danilo DÇ-2022-nin qrup mərhələsinin Serbiya ilə matçında sıradan çıxıb.

Braziliya mətbuatının yaydığı məlumata görə, hər iki futbolçu qrup mərhələsinin növbəti matçlarını buraxacaq. Komanda 1/8 finala yüksələcəyi təqdirdə Neymarla Danilonun xidmətindən yararlanmaq mümkün olacaq.

Qeyd edək ki, Braziliya milli komandası Serbiyanı 2:0 hesabı ilə məğlub edib. "Sambaçılar"ın qrup mərhələsindəki digər rəqibləri İsveçrə və Kamerundur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right