DÇ-2022-də ilk qırmızı vərəqə göstərilib.
Newsport.az xəbər verir ki, bu, bir qədər əvvəl başa çatan Uels - İran matçında qeydə alınıb.
Görüşün baş hakimi Mario Eskobar (Qvatemala) matçın 86-cı dəqiqəsində kobud oyuna görə Uels millisinin qapıçısı Ueyn Hennesiyə birbaşa qırmızı vərəqə verib.
Xatırladaq ki, oyun İran yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.