Qolsuz oyun sayında rekord, Ronaldu azad agent kimi fərqlənən ikinci oyunçu olub

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında heç-heçə sayında yeni rekord qeydə alınıb.

Newsport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, mudiallarda indiyədək ilk turda 4 qolsuz heç-heçə (16 oyuna) qeydə alınmamışdı.

Bu vaxta qədər yalnız 1982-ci ildəki turnirdə 12 oyunun 3-ündə qol vurulmayıb.

Serbiyanı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə meydana çıxan braziliyalı Tyaqo Silva ölkəsinin yarışda iştirak ən ən yaşlı (38 yaş, 63 gün) oyunçusu olub. Müdafiəçi Calma Santosu (37 yaş, 138 gün) geridə qoyub.

İsveçrə yığmasında çıxış edən və Kamerunla görüşdə fərqlənən Bril Embolo mundiallar tarixində doğulduğu ölkəyə qol vuran ikinci futbolçudur. 1938-ci ildə İsveçrə yığmasının sabiq hücumçusu Alfred Bikel doğulduğu ölkə - Almaniya ilə qarşılaşmada fərqlənmişdi.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right