Braziliyanın "Paymeyras" klubunda çıxış edən Endrik Felipe Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Newsport.az-ın məlumatına görə, 16 yaşlı hücumçunu PSJ transfer etmək istəyir. Gənc futbolçunun atası Paris klubu ilə "Palmeyras" arasında danışıqların getdiyini təsdiqləyib.
PSJ-dən başqa "Real" və "Çelsi" də Braziliya U-21 millisinin üzvünün xidmətində maraqlıdır.
Qeyd edək ki, Endrik "Palmeyras"ın yetirməsidir. O, bu ilin yayından əsas komandada çıxış edir və meydana çıxdığı 14 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.