Harri Keynin durumu bəlli oldu

DÇ-2022-nin qrup mərhələsinin İranla matçında (6:2) zədələnən İngiltərə millisinin hücumçusu Harri Keynin durumu bəlli olub.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Qaret Sautqeyt 29 yaşlı forvardın durumu haqda məlumat verib. O, Keynin 2-ci turda ABŞ-a qarşı oynaya biləcəyini deyib:

"Keyn yaxşı vəziyyətdədir. Bir müddət komandadan ayrı məşq etdi. Amma bu gün üçün hər şey qaydasındadır".

Qeyd edək ki, ABŞ - İngiltərə qarşılaşması 25 noyabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right