Almaniya millisinin futbolçusu Leroy Sane dünya çempionatının qrup mərhələsinin ikinci turunu da buraxa bilər.
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Sanenin İspaniyaya qarşı matçda meydana çıxacağı sual altındadır.
"Bavariya"nın yarımmüdafiəçi hələ ki, məşqdə iştirak etmir. Fərdi qaydada çalışan Sane zədə səbəbindən Yaponiya ilə matçı buraxmışdı.
Xatırladaq ki, Almaniya - İspaniya görüşü noyabrın 27-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.