"Anje" baş məşqçisi Jeral Batiklı istefaya göndərib.
Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onu müvəqqəti olaraq Abdel Buazama əvəzləyəcək.
Klub bütün yarışlarda ardıcıl 8 oyunda uduzub. Fransa Liqa 1-də "Anje" 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu- 20-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Batikl 2021-ci ilin mayından klubu çalışdırırdı.