Kanada millisinin baş məşqçisi "Rəqiblər bizə hörmət edəcək"

“Biz ölkəni qürurlandırdıq. Oyunçularım bu matçda niyə burada olduğumuzu göstərdilər. Azarkeşlərimiz də inanılmaz idi. Biz futbol xalqı olduğumuzu gördük. Məqsəd qorxmadan oynamaq və ilk qol vurmaq idi. Buna nail ola bilmədik, amma oyunçularımla həqiqətən fəxr edirəm. Uğura inanmağa davam etməliyik".

Newsport.az xəbər verir ki, bu sözləri Kanada millisinin baş məşqçisi  Con Herdman DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Belçikaya 0:1 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib.

O, komandasının penalti epizodundan yararlana bilməməsi haqda da danışıb: "Bütün ölkənin qol gözlədiyi bir vaxtda Alfonso Devis penaltini yerinə yetirdi. Hesab açmağa yaxın idik, amma bizim günümüz deyildi. Tibo Kurtua yaxşı qapıçıdır.  Şanslarımız oldu, amma rəqibin qapısında "Real"ın qolkiperi var idi... Şikayət edə bilmərəm. İndi bu qarşılaşmanı geridə qoymalı, ondan dərs çıxarmalı və müsbət cəhətləri vurğulamalıyıq. Qarşıda bizi Xorvatiya ilə vacib oyun gözləyir. Gələcək rəqiblər bizə hörmət edəcək, mən buna əminəm".

Xatırladaq ki, A.Devisin 11-ci dəqiqədə penalti zərbəsini qapıçı Tibo Kurtua dəf edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right