Burno Ferdandes Kriştiano Ronaldonun "Mançester Yunayted"dən ayrılması ilə bağlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi həm Portuqaliya millisində, həm də klubda komanda yoldaşı olmuş 37 yaşlı hücumçunun onun üçün ilham mənbəyi olduğunu deyib:
"Özümü narahat hiss etmirəm, tərəf seçmək məcburiyyətində deyiləm. Ronaldo mənim üçün hər zaman ilham mənbəyi olub. "Mançester Yunayted"də onunla birlikdə oynamaq yuxu kimi idi. Amma heç nə sonsuzadək davam etmir".