Kriştiano Ronaldoya 2 oyunluq cəza verildi

İngiltərə Futbol Federasiyası "Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldonu cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb portuqaliyalı hücumçunun ötən mövsüm "Everton"la matçdan sonrakı davranışı olub. Federasiya 37 yaşlı futbolçuya 2 oyunluq cəza verib. Bundan əlavə Ronaldoya 50 min funt-sterlinq məbləğində cərimə olunub.

Qeyd edək ki, Kriştiano Ronaldo 9 aprel tarixində baş tutan "Everton" - "Mançester Yunayted" görüşündən sonra onu kameraya çəkən gənc azarkeşin telefonunu qırmışdı. Ulduz futbolçu daha sonra həmin fanatdan üzr istəmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right