Qavi adını mundialın tarixinə yazdırdı

İspaniyanın Kosta Rikanı 7:0 hesabı ilə məğlub etdiyi matç Qavi üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, 74-cü dəqiqədə fərqlənən 18 yaşlı yarımmüdafiəçi dünya çempionatında qol vuran üçüncü ən gənc futbolçu olub.

"Barselona"nın oyunçusu buna 18 yaş 110 günlüyündə nail olub. Gənc futbolçu bu göstəricidə yalnız Pele və Manuel Rosasdan geri qalır.

Qavi eyni zamanda adını İspaniya futbolunun tarixinə də yazdırıb. O, Fernando Torresi geridə qoyaraq yığmanın heyətində mundialda fərqlənən ən gənc oyunçu olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right