Hansi-Diter Flik: "Fərdi səhvlərin cəzasını çəkdik"

Almaniya milli komandası DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Yaponiyaya 1:2 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, bundestimin baş məşqçisi Hansi-Diter Flik matçdan sonra açıqlama verib. 57 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini fərdi səhvlərlə əlaqələndirib:

"Bu gün fərdi səhvlərin cəzasını çəkdik. Birinci hissədə bir neçə qol epizodunu dəyərləndirə bilmədik. Yaponiyanın müdafiədən hücuma sürətli çıxdığını bilirdik. Bu gün də bunu etdilər. Bu oyunu təhlil edib, İspaniya ilə matça yaxşı hazırlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right