Xorvatiya milli komandası DÇ-2022-nin ilk matçında Mərakeşlə 0:0 hesablı heç-heçə edib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra "damalılar"ın baş məşqçisi Zlatko Daliç açıqlama verib. 56 yaşlı mütəxəssis qrupdan çıxmaq üçün 4-5 xal toplamalı olduqlarını bildirib:
"Gözlədiyimiz kimi çətin oyun oldu. Mərakeşin kompakt və yaxşı təşkil olunmuş komanda olduğunu bilirdik. Səhv etməkdən qorxduq. Qrupdan çıxmaq üçün 4 və ya 5 xal toplamağımız lazımdır. Şikayət etməyəcəyik, önümüzə baxacağıq".
Kapitan Luka Modriç də çətin oyun olduğunu bildirib:
"Çətin oyun idi, xüsusən də ilk hissədə. Birinci hissənin son 10-15 dəqiqəsində yaxşı oynadıq. İkinci hissədə daha yaxşı idik. Amma qol vura bilməməyimiz pis oldu. Qrupdan çıxmaq üçün qarşıda 2 matçımız var".