Pike üzr istədi

İspaniya superkubokunun "Atletik"lə cavab matçında (1:1) yan xətt hakimini təhqir edən "Barselona"nın futbolçusu Jerar Pike üzr istəyib.

Newsport.az-ın məlumatına görə, bu barədə "tvitter" səhifəsində yazan ispaniyalı futbolçu etdiyi hərəkətin yanlış olduğunu bildirib:

"Yan xətt hakimini söydüyüm üçün üzr istəyirəm. Bu, düzgün hərəkət deyildi. Oyunda gərginlik yüksək həddə idi. Ancaq heç bir halda kimisə təhqir etmək olmaz".

Qeyd edək ki, hakimi söydüyü üçün Pikenin 4-12 oyunluq cəzalandırılacağı gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right