DÇ-2022-nin E qrupunda 1-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, günün ikinci oyununda İspaniya millisi Kosta Rika ilə qarşılaşıb. Matç Avropa təmsilçisinin 7:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, qrupun digər görüşündə Yaponiya yığması Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
İspaniya - Kosta Rika 7:0
Qollar: Dani Olmo, 11, Marko Asensio, 21, Ferran Torres, 30, 54, Qavi, 75, Karlos Soler, 90, Alvaro Morata, 90+3