Lukas Hernandesin durumuna aydınlıq gəldi

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda baş tutan Avstraliya ilə oyunda zədələnən Fransa millisinin futbolçusu Lukas Hernandes üçün turnir başa çatıb.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb.

Oyunçu dünya çempionatının digər matçlarında iştirak edə bilməyəcək. Almaniyanın “Bayern” klubunun formasını geyinən müdafiəçinin yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı hələ bilinmir.

Xatırladaq ki, Lukas Avstraliya ilə matçın 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmış, onu isə qardaşı Teo Hernandes əvəz etmişdi. Fransa yığması bu matçda 4:1 hesablı əzmkar qələbəyə sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right