“Barselona” heç vaxt seçimlərim arasında olmayıb” Asensio

“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Barselona”ya mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı futbolçu Madrid klubunda özünü xoşbəxt hiss etdiyini deyib:

“Barselona” heç vaxt seçimlərim arasında olmayıb. “Real”da xoşbəxtəm. Özümü çox yaxşı hiss edirəm. “Barselona”ya keçmək variantını düşünməyim həqiqətə uyğun deyil”.

Asensio bu mövsüm “Real”ın heyətində 15 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right