"Qrupdakı ssenari dəyişdi" Meksika millisinin baş məşqçisi

Meksika millisinin baş məşqçisi Xerardo Martino  DÇ-2022-nin qrup mərhələsində Polşa ilə qolsuz bərabərə qaldıqları oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o deyib: “Qrupdakı ssenari dəyişdi. İndi növbəti matç bizim üçün həlledici olacaq. Polşa ilə görüşdə qalib gəlməyə çalışmalıydıq. Amma Argentina millisinin ilk oyunda məğlub olduğunu da artıq bilirdik. Bu fikir futbolçuların beynində ilişib qalıb.

Oçoa penaltini dəf etdiyi üçün çox şadam. Ancaq qeyd etmək lazımdır ki, bu, bütün oyunda polyaklar üçün praktiki olaraq yeganə şans idi".

Qeyd edək ki, C qrupunda hazırda Səudiyyə Ərəbistanı 3 xalla 1-ci, Polşa 1 xalla 2-ci, Meksika 1 xalla 3-cü, Argentina 0 xalla 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right