"Mançester Yunayted" Ronaldo ilə yollarını ayırdı

İngiltərənin "Mançester Yunayted" klubu Kriştiano Ronaldo ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 37 yaşlı hücumçu ilə yollarını ayırıb. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Portuqliya millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Kriştiano Ronaldo bir neçə gün öncə "The Sun" nəşrinə müsahibəsində "Mançester Yunayted" rəhbərliyini və komandanın baş məşqçisi Erik ten Haqı sərt şəkildə tənqid etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right