Argentina millisinin baş məşqçisi: "Başımızı qaldırıb yola davam etməliyik"

"Başımızı qaldırıb yolumuza davam etməliyik, başqa çarəmiz yoxdur".

Newsport.az-ın məlumatına görə, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib: "İkinci hissədəki səhvlərə görə məğlub olduq. Bunları düzəltməliyik. Hələ qarşıda iki görüşümüz var. Həmin matçlarda qələbə qazanmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right