“Barselona”nın baş məşqçisi Xavi DÇ-2022-dəki favoritləri haqqında fikirlərini bölüşüb.
Newsport.az sport.es-ə istinadən xəbər verir ki, mütəxəssis əsas favoritlər sırasında İspaniya millisinin adını çəkməyib. Onun sözlərinə görə, mundialın kubokunu qazanmağa əsas namizədlər Braziliya və Argentinadır: “DÇ-2022-nin favoritləri? Mən Braziliya və Argentinanı avropalılardan bir addım öndə görürəm. Neymar və Messi çox yaxşı görünür. Fransa, İspaniya, Portuqaliya, İngiltərə, Almaniya, Belçika və Xorvatiyanın da yaxşı şansları var.
İspanlar? Hər zaman ümid var. Luis Enrike yaxşı komanda qurub və əla məşqçidir. O, xarakterinə görə ideal məşqçidir. Komandaya inanmaq lazımdır. Mən İspaniya millisinə nikbin baxıram”.