"Məncə, oyunun nəticəsi 1-ci hissədə hesab 0:3 ikən həll olundu. Ondan sonra yeganə məqsədimiz oyundan həzz almaq və futbolumuzu göstərməyə çalışmaq idi".
Newsport.az-ın məlumatına görə, bu sözləri İran millisinin baş məşqçisi Karluş Keyroş DÇ-2022-nin qrup mərhələsinin ilk turunda İngiltərəyə 2:6 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
O, daha sonra bildirib: "Artıq matçın əvvəlində bir komandanın digər təcrübəsi olmayan komandadan yüksək səviyyəli futbol nümayiş etdirdiyi hiss olunurdu. Amma ya qalib gəlirik, ya da öyrənirik. İngiltərə komandasından çox şey öyrənməkdən şərəf duyduq. Uelslə oyuna daha yaxşı hazırlaşacağıq".