“Mən hisslərimi təsvir edə bilmirəm, bu heyrətamizdir. Çox xoşbəxtəm və fəxr edirəm. Biz qalib gəldik. Buna görə də bu gün həqiqətən xüsusi gündür".
Newsport.az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin futbolçusu Bukayo Saka DÇ-2022-nin B qrupunda İrana 6:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
FİFA tərəfindən sözügedən matçın ən yaxşı oyunçusu seçilən Saka daha sonra bildirib: "Bizim üçün turnirə yaxşı başlamaq vacib idi. Turnirdən əvvəl yaxşı oynamadıq, formamız haqqında çox danışıldı. Amma nə qədər yaxşı olduğumuzu və nəyə qadir olduğumuzu hamıya göstərdik.
Bu qədər təzyiq altında qalib gəlmək heyrətamizdir. Ancaq eyni ruhda davam etməliyik. Bir neçə gündən sonra növbəti oyunumuz var və biz yenə qalib gəlməliyik".
"Arsenal"ın hücumçusu özünü əla hiss etdiyini vurğulayıb: "Azarkeşlərin, məşqçilər heyətinin və komanda yoldaşlarımın dəstəyini və sevgisini hiss edirəm. 100 faiz hazıram və hər dəfə bu formanı geyinəndə bunu edəcəyəm”.
Qeyd edək ki, Saka sözügedən görüşdə dubla imza atıb.