Messi: "Böyük xəyalımı gerçəkləşdirməyə çalışacağam"

Argentina milli komandasının kapitanı Lionel Messi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, DÇ-2022-nin qrup mərhələsinin ilk turunun Səudiyyə Ərəbistanı ilə matçından öncə danışan 35 yaşlı hücumçu Qətərdəki mundialın onun üçün sonuncu olacağını bildirib:

"Özümü fiziki olaraq çox yaxşı hiss edirəm. Hər hansı bir problemim yoxdur. Dünya çempionatına çox yaxşı gəlmişəm. DÇ-2022 çox güman ki, mənim üçün sonuncu mundial olacaq. Böyük xəyalımı gerçəkləşdirməyə çalışacağam. Argentinalı olmayan azarkeşlərin mənə görə Argentinanı dəstəkləməsi möhtəşəmdir, onlara minnətdaram".

Qeyd edək ki, Argentina yığması C qrupunda Səudiyyə Ərəbistanı, Polşa və Meksika ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right