Əliyevli “Arsenal” səfərdən 1 xalla döndü

Futbol üzrə Rusiya Birinci Liqasında 19-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Akron”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Arsenal” 19 turdan sonra 32 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right