Van Bronkhorst istefaya göndərildi

Şotlandiyanın “Reyncers” klubu baş məşqçisi Covanni van Bronkhorstla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Reyncers”i çalışdırırdı. Komanda cari mövsümün 15 turundan sonra 33 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Van Bronkhorst daha əvvəl “Feyenoord” və “Quançjou” kimi klublarda çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right