"İnter"i "Sevilya"ya dəyişəcək

"İnter"in yarımmüdafiəçisi Roberto Qalyardini qış "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Sevilya" onun xidmətində maraqlıdır. 
İspaniya klubu artıq danışıqlara start verib. 

"Nerazurra" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Roberto qışda İspaniyaya yollana bilməsə, yayda cəhd edəcək. 

28 yaşlı yarımmüdafiəçi “Atalanta”, “Çezena”, “Spetsiya”, “Viçentsa”da oynadıqdan sonra 2017-ci ildə “İnter”ə keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right