"Qalatasaray" almaniyalı hücumçunu istəyir

"Qalatasaray" qışda almaniyalı forvardla güclənə bilər. 

Newsport.az “Spor Arena”ya istinadən xəbər verir ki, Türkiyə nəhəngi “Brayton”a məxsus olan Deniz Undavla danışıqlara başlayıb.

Hazırda icarə əsasında Belçikanın “Union” klubunda çıxış edən hücumçunun İngiltərə komandası ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Türkiyəəsilli forvard “Havelse”, “Meppen” klublarında oynayıb.

"Cim-bom" qışda Denizi icarəyə götürməyə çalışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right