Braziliya millisinin baş məşqçisi: "Bunu bacararam"

Braziliya millisinin baş məşqçisi Tite 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının başlaması ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis mundialdakı məqsədlərindən söz açıb:

"Qazansaq da, qazanmasaq da, mən özümlə barışmaq istəyirəm. Bu, mənim böyük istəyimdir. Elə şeylər var ki, onları idarə edə bilmirəm. İşimi maksimum dərəcədə yerinə yetirmək niyyətindəyəm. Düşünürəm ki, bunu bacaracam".

Tite 2016-cı ildən Braziliya millisini çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right