Braziliyanın keçmiş prezidenti Luiz İnasiu Lula da Silva bu gün start götürəcək dünya çempionatı ilə bağlı danışıb.
Newsport.az-ın məlumatına görə, ölkə başçısı Qətərdəki mundialla bağlı fikirlərini açıqlayıb:
"20 ildən sonra Braziliyanın yenidən dünya çempionu olmasının vaxtı çatıb. Digər komandalar o qədər də yaxşı çıxış etmirlər. Kriştiano Ronaldo da əvvəlki kimi oynamır. Ona görə də ümidlə doluyam”.
Braziliya Serbiya, İsveçrə və Kamerunla eyni qrupda mübarizə aparacaq.
"Lula" 2003-2011-ci ilə qədər Braziliyanın prezidenti olub.