Buffon: "Kamerun millisinə azarkeşlik edəcəm"

İtaliya millisinin keçmiş qapıçısı Canluici Buffon Qətərdə keçiriləcək dünya çempionatında hansı komandaya azarkeşlik edəcəyini bildirib.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Parma"nın qolkiperi Kamerun yığması haqda fikirlərini söyləyib: "İtaliyasız turnir çox maraqsız keçəcək. Hansı yığmaya azarkeşlik edəcəyimə gəlincə, açıqlaya bilərəm. Kamerun millisinə azarkeşlik edəcəm. Bu komandaya rəğbətim var".

Bu gün start götürəcək turnir dekabrın 18-də bitəcək.

Buffonun azarkeşlik edəcəyi Kamerun millisi İsveçrə, Serbiya və Braziliya ilə eyni qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right