“Yuventus” italiyalı hücumçu Moyze Kini “Everton”dan birdəfəlik transfer edə bilər.
Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçunun agenti Rafaela Pimenta onu “qoca sinyora” üçün önəmli fiqur hesab edir:
“Moyze çox yaxşı oynayır. O, uzun illər “Yuventus” üçün vacib oyunçu olacaq”.
22 yaşlı futbolçu 2021-ci ilin yayından icarə əsasında “Yuventus”da çıxış edir. Bu mövsüm o, bütün turnirlər daxil olmaqla 18 oyun keçirib və 5 qol vurub.