DÇ-2022: “Hücumda sürətli olsaq…” – Noyer

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2022-nin qrup mərhələsinin ilk turunun Yaponiya ilə matçı barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli qapıçı Yaponiya millisini tərifləyib:

“Hücumda sürətli olsaq, Yaponiya milli komandasına çətinlik yarada bilərik. Rəqibin güclü futbolçuları var.

2014-cü ildə turnir başlamazdan öncə çempion olacağımızı düşünmürdüm. Portuqaliya millisi ilə ilk oyun əla alınmışdı”.

Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right