Luis Enrikenin DÇ-2022 ilə bağlı arzusu

İspaniya yığmasının baş məşqçisi Luis Enrike DÇ-2022-də favoritlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis İspaniya və Argentina milli komandalarının adlarını çəkib:

“İspaniya dünya çempionatını qazanmasa, Argentinanın qalib gəlməsini istərdim. Lionel Messi kimi futbolçunun dünya çempionu adını qazanmadan karyerasını başa vurması ədalətsizlik olardı”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Argentina millisi Polşa, Meksika və Səudiyyə Ərəbistanı ilə, İspaniya isə Almaniya, Yaponiya və Kosta-Rika ilə eyni qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right