Avstriya milli komandasının sabiq üzvü Qerhard Rodaks intihar edib.
Newsport.az-ın məlumatına görə, 57 yaşlı veteran forvardın cəsədi Traiskirxen şəhəri yaxınlığında aşkar edilib.
Rodaksın özünü qatarın altına ataraq intihar etdiyi bildirilir. Keçmiş futbolçu son zamanlar səhhətində problemlər yaşayırdı.
Qerhard Rodaks "Admira", "Atletiko" (Madrid) və "Rapid"də oynayıb. O, Avstriya milli komandasının heyətində meydana çıxdığı 20 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.