Neymarın 5 favoriti

Braziliya millisinin üzvü Neymar DÇ-2022-də favorit hesab etdiyi komandaların adlarını açıqlayıb.

Newsport.az xəbər verir ki, o, “The Telegraph”a müsahibəsində deyib: 

“Elə komandalar var ki, çoxu inanmasa da, onlar əla çıxış edirlər. Dünya çempionatı sürprizlərlə doludur. Məncə, favoritlər Argentina, Almaniya, İspaniya və Fransadır. Düşünürəm ki, bu dördlükdən biri Braziliya ilə birlikdə finala çıxa bilər”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla eyni qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right