Mane DÇ-2022-də oynamayacaq

Seneqal millisinin və "Bavariya"nın futbolçusu Sadio Mane əməliyyat olunub.

Newsport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Əməliyyatın uğurla keçdiyi bildirilib. 30 yaşlı yarımmüdafiəçinin bu səbəbdən Seneqal millisi ilə DÇ-2022-də oynaya bilməyəcəyi vurğulanıb.

Daha əvvəl də qeyd olunmuşdu ki, Mane mundialda ilk 2 oyunu buraxacaq.

Qeyd edək ki, Seneqal yığması noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq DÇ-2022-də Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right